15-04-2017 [00:02]
Son günlər ölkədə tez-tez süni qiymət artımından danışılır. Bu gün İqtisadiyyat Naziri Şahin Mustafayev də süni qiymət artımı ilə bağlı açıqlama verib.
O bildirib ki, İqtisadiyyat Nazirliyi süni qiymət artımının qarşısını alacaq və bu istiqamətdə bütün zəruri addımlar atılacaq.
Bu barədə fikirlərini mia.az-la bölüşən ReAL hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bazar iqtisadiyyatı, rəqabət, normal iqtisadi qanunlar işləyən ölkələrdə süni qiymət artımı olmur, bu mümkün də deyil.
Onun sözlərinə görə, nazirliyin süni qiymət artımına qarşı mübaizə apara biləcəyi də inandırıcı deyil:
"Məsələn, mən alma satıram, öz bağımdan yığdığım almanın kilosunu istəsəm, lap 100 manata satışa çıxara bilərəm. Amma kimsə məndən bunu almaz, ya da, mən insanları inandırmalıyam ki, bu, "cavanlıq almasıdır”, kim yesə, cavanlaşacaq. Öz bağımdan, öz ağacımdan yığdığım almanı neçəyə sata biləcəyimi nazirlik necə müəyyən edə bilər?!
Əgər süni qiymət artımı varsa, bu tək bir yolla ola bilər – inhisarçılıq! Amma dünən DGK-nin sədri Aydın müəllim bəyan etdi ki, ölkədə inhisarçılıq yoxdur, İqtisadiyyat naziri də deyir ki, süni qiymət artımı ilə mübarizə aparacağıq. İkisindən biri mütləq doğru danışmır:
1) Süni qiymət artımı varsa, inhisarçılıq da var,
2) İnhisarçılıq yoxdursa, süni qiymət artımı da yoxdur.
Dünyada süni qiymət anlayışı varmı? Bəli, var, amma bu qiymət artımı ilə bağlı deyil, bu dumping-lə, yəni, qiymətlərin süni aşağı salınması ilə bağlı məsələdir. Hər hansı bir şirkət bazarda daha çox pay qazanmaq üçün süni şəkildə qiymətləri salır, dumping edir, rəqabət qaydalarını pozur – məhz buna görə də cazalar alır. Sivil dünyada məsələ məhz belədir.
Süni qiymət artımı bizdə nə vaxt olub? Bəli, SSRİ vaxtı olub, piştaxta altından az tapılan malları daha baha satırdılar. İnsanlar niyə öz qiymətindən baha mala alırdılar? Çünki qıtlıq var idi, təlabat təklifdən çox idi, məhz bu zaman da bazar qaydalarına görə qiymət artırdı, sonra da şanlı "OBXSS” gəlib ticarətçilərdən öz payını alıb, gedirdi. Bizim məmurlar elə həmin "OBXSS” düşüncəlidirlər, SSRİ buralardan çıxıb, bunlar SSRİ-dən çıxa bilməyiblər.
Rəqabət varsa, süni qiymət artımı mümkün deyil, süni qiymət artımı ilə mübarizə daha çox rəqabət, daha şəffaf rəqabətli mühit deməkdir, daha gedib Əbdülhəsən kişinin dükanında "yumurtanı niyə baha satırsan”, demək deyil. Mağaza onun şəxsi mülküdür, istədiyi qiyməti qoya bilər. Sadəcə Əbdülhəsən kişi anlasa ki, baha satsa müştəri qaçacaq, gedib Həsənqulu dayıdan alacaq, bu zaman qiyməti artırmayacaq.
Hörmətli qalstuklu müəllimlər, bu da sizə növbəti pulsuz iqtisadiyyat dərsi, bu dəfə dərsinizi yaxşı öyrənin, yoxsa kəsilə-kəsilə, ildən-ilə sinifdə qalaraq, hələ də 80-ci illərdən çıxa bilmirsiniz".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi