İmtahana buraxılmayan müəllimlərin taleyi necə olacaq? - Nazirlik açıqladı

img

14-04-2017 [23:25]


Təhsil Nazirliyi bir müddət öncə müəllimlər üçün diaqnostik qiymətləndirmə keçirdi. Amma bəzi müəllimlər isə diaqnostik qiymətləndirilmədən kənarda qaldılar, yəni onlar imtahanlara buraxılmadılar.

Mia.az xəbər verir ki, modern.az-ın sorğusunu cavab olaraq Təhsil Nazirliyindən bildiriblər ki, bununla bağlı mütəmadi olaraq araşdırmalar aparılır.

"2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri tərəfimizdən yoxlanılıb . Və bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Həmçinin, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir”.

Nazirlikdən qeyd olunub ki, bu kimi hallar aşkarlandıqda həmin müəllimlər diaqnostik qiymətləndirməyə buraxılmır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA