"Azərsu"yun vəzifəli şəxsi özünü asdı - Tanınmış şairə ağır itki

img

14-04-2017 [20:37]


Tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səadət Butaya ağır itki üz verib.

Mia.az xəbər verir ki, onun Binəqədi rayonu, Biləcəri qəsəbə sakini olan 47 yaşlı oğlu Məmməd Abdullayev yaşadığı evdə özünü asıb.

Onun intiharının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mia.az onu da bildirir ki, mərhum "Azərsu"da Müştəri Xidmətləri Departamentinin "Ərizə və Şikayətlər" şöbəsində işləyirdi...

Mərhumun dəfn mərasimi sabah yaşadığı Biləcəri qəsəbəsində olacaq.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA