14-04-2017 [19:57]
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblilərinin iştirakı ilə növbəti "Aprel döyüşləri dərsləri” keçirilib.
Dərsi giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışmışdır.2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Anar Tağıyev Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən "Aprel göyüşləri dərsləri” nin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, qəhrəmanlıq tariximizin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildirdi.
Daha sonra 54 saylı məktəbin tarix müəllimi Zeynal Qasımovun təqdimatında Aprel döyüşləri dərsinə başlanıldı. Z.Qasımov hazırladığı slaytla Qarabağ müharibəsi və 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyəti barədə məktəblilərə məlumat verdi.
"Qarabağ həqiqətləri tarixi” İctimai Araşdırmalar Birliyinin sədri Əlövsət Qasımov məktəblilər qarşısında çıxış edərək Qarabağ müharibəsi zamanı mənfur ermənilərin Qarabağda dinc əhalinin başına gətirdiyi işgəncələrdən danışmış, iştirak etdiyi döyüşlər haqqında məktəblilərə məlumat vermişdir. Bildirdi ki, Aprel döyüşləri zamanı Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili Azər Quliyev Qarabağ müharibəsi zamanı iştirak etdiyi döyüşlərdən, bu müharibə zamanı Azərbaycan oğullarının şücaətindən danışmış, əmin olduğunu bildirmişdir ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi