314 şagird imtahana buraxılmadı - DİM buraxılış imtahanı barədə açıqlama yaydı

img

14-04-2017 [19:50]


Dövlət İmtahan Mərkəzi (DİM) 2016/2017-ci tədris ilində məlumatları "Şagird-məzun” sisteminə daxil edilmiş, lakin buraxılış imtahanlarına buraxılmayan IX və XI sinif şagirdlərinin siyahısını açıqlayıb.

Mia.az xəbər verir ki, DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, 224 nəfər IX sinif şagirdindən 223-ü təhsildən yayındığından, 1 nəfər isə hərbi xidmətdə olduğundan onların biliyi qiymətləndirilməyib.

Onun sözlərinə görə, 129 nəfər XI sinif şagirdindən 10 nəfəri hərbi xidmətə çağırıldığına görə, 28 nəfəri qeyri-kafi aldığı və 91 nəfəri təhsildən yayındığı üçün imtahana buraxılmayıblar.

DİM rəsmisi qeyd edib ki, 2016/2017-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji -tibbi - pedaqoji komissiyaların qərarı əsasında DİM tərəfindən buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayı isə 859 nəfərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA