Bakıda məktəbdə zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi

img

14-04-2017 [19:40]


Bakıda orta məktəbdə 9 şagird zəhərlənib.

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, şagirdlərin zəhərlənmələrinin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Məlumata görə, zəhərlənən məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, uşaqlardan 8-i hazırda reanimasiya şöbəsinə yerləşdirilib. 1 nəfər şagird isə xəstəxananın ümumi palatasında müalicə alır(trend).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA