Dollarla bağlı daha bir təhlükə - FED faizləri iki dəfə artıracaq

img

14-04-2017 [19:33]


ABŞ Federal Ehtiyat Sistemi (FED) 2017-ci ildə uçot dərəcəsini daha 2 dəfə artıracaq. 

Bu barədə məlumat "The Wall Street Journal"ın 7-11 aprel tarixlərində 61 iqtisadçı-respondent arasında apardığı sorğunun nəticələrinə əsasən verilib. Sorğuda iştirak edənlərin hamısı iyun ayında uçot dərəcəsinin artırılacağını bildirib. Lakin növbəti artımı respondentlərin 66,7%-i sentyabr, 31,1%-i isə dekabr ayında gözlədiklərini ehtimal ediblər.

Həmçinin, qəzetdə dərc olunan məqalədə analitiklərin ABŞ iqtisadiyyatının gələcəyi barədə gözləntilərinin pisləşdiyi bildirilir. Belə ki, onlar ABŞ prezidenti Donald Trampın seçkiöncəsi iqtisadi vədlərinə şübhə ilə yanaşmağa başlayıblar. 

Sorğuda iştirak edən ekspertlərin orta proqnozuna görə, 2017-ci ilin ilk rübündə ABŞ iqtisadiyyatının illik müqayisədə 1,4% artacağı proqnozlaşdırılır. Mart ayında bu gözləntilər 1,9%, dekabrda isə 2,3% olub. Martda ABŞ-da resessiya olacağını ehtimal edənlər 14% təşkil edirdisə, apreldə bu göstərici 16%-ə çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA