Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası Lerik rayonunda səhiyyə aksiyası keçirir

img

01-07-2010 [04:10]


Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası iyulun 1-dən Lerik rayonunda səhiyyə aksiyasına start verib. Bu barədə yap.org.az saytına YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva məlumat verib. N.Əliyeva bildirib ki, beş gün davam edəcək aksiyada ümumilikdə 627 uşaq tibbi müayinədən keçiriləcək. Onun sözlərinə görə, bu məqsədlə 12 nəfərdən ibarət həkim qrupu fəaliyyət göstərir. ?Hələ ötən ilin sonlarında YAP Qadınlar Şurasının bölgələrdə keçirdiyi müşavirələr çərçivəsində Lerik rayonunda belə bir problemin olduğunu müşahidə etmişdik. Ona görə də, həmin vaxdan etibarən tibbi müayinəyə ehtiyacı olan uşaqların siyahısı tərtib olunub. Hazırda həkimlər tərəfindən lazımi tədbirlər görülür və səhhətində problemlər olan uşaqların sağlamlığının bərpası istiqamətində addımlar atılır? deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb. N.Əliyeva gələcəkdə bu aksiyanın digər rayonlar üzrə də keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA