Rayon qeydiyyatında olanlar da sosial mənzil ala bilər - Ekspert

img

14-04-2017 [16:58]


"Son günlər həm sosial şəbəkədə ünvanlanan mesajlarda, həm də digər formada müraciətlərdə rayonlarda qeydiyyatda olanların Bakıda inşa edilən sosial mənzillərə müraciət etmək hüququnun olub-olmaması soruşulur. Bildirmək istərdim ki, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur və rayonda qeydiyyatda olan vətəndaşlarımız da sosial mənzil almaq üçün müraciət edə bilər".

Bu barədə mia.az-a iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, məsələn, sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda mənzilə müraciət etmək istəyirsə o zaman burada heç bir məhdudiyyət olmayacaq:

"Güzəşti olan hər bir şəxs qeydiyyat yerindən asılı olmayaraq Bakıda inşa edilən mənzillərə müraciət edə bilər. Xatırladım ki, müraciətlər gələn ayın 1-dən başlayır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA