“Milli Məclisin foyesində siqaret çəkilməsinə qadağa qoyulsun” - İlham Əliyev

img

14-04-2017 [15:41]


Milli Məclisin deputat İlham Əliyev parlamentin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

Mia.az Report-a istinadən xəbər verir ki, İ.Əliyev bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman səsləndirib.

O deyib ki, Prezident Administrasiyasında 10 ildən artıqdır ki, siqaretin çəkilməsinə qadağa qoyulub: 

"Bir müddət orada işləmişəm. Ola bilər, kimsə gizlincə çəksin. Amma deyim ki, siqaretin çəkilməsi üçün yer nəzərdə tutulmayıb. Təklif edirəm ki, Milli Məclisin foyesində də siqaret çəkilməsinə qadağa qoyulmasını təklif edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA