14-04-2017 [11:07]
Abşeron Rayon İcra Hakimiyyəti jurnalist Hacı Zeynalovun min əziyyətlə illərdir tikdirdiyi və hələ başa çatdırmadığı evini sökdürüb. Halbuki evin tikilməsi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığın təsdiq etdiyi sənəd mövcuddur.
Məsələ ilə əlaqədar həmkarımız icra başçısının qəbulunda olub və problem öz həllini tapıb.
"Şərq”ə açıqlama verən jurnalist 2 il bundan qabaq ev tikmək niyyəti ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək eskiz layihəsini təqdim edib və layihə də müvafiq qurum tərəfindən qəbul olunub:
"Mən hüquqi bir dövlətdə yaşayıram və hər işimi də bu müstəvidə həll etməyə çalışıram”.
H.Zeynalov evinin sökülən zaman hadisə yerində olmadığını deyib:
"İcra hakimiyyətinin əməkdaşları evimin bir hissəsini söküblər. Bu barədə isə mənə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Söküntünü görən qonşulardan biri soruşub ki, evi niyə sökürsüz? Bu evin sənədi var, qanuni əsasla tikilib. Ancaq bu müdaxilədən sonra icra hakimiyyətinin nümayəndələri söküntü işlərini dayandırıb, gediblər”.
Hadisədən xəbərdar olan kimi H.Zeynalov Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb və ondan sənəd tələb olunub:
"Bütün sənədlərimi toplayıb, icra başçısının qəbuluna gəldim və araşdırma aparanda məlum oldu ki, söküntü qanunsuzdur və ortada anlaşılmazlıq olub. Evimin sökülməsi ilə bağlı icra hakimiyyəti başçısının hər hansı bir göstərişi olmayıb. İcra nümayəndələri mənim evimi sənədsiz zənn etdikləri üçün söküblər. İcra başçısı İradə Gülməmmədova özü birbaşa məsələni nəzarətə götürdü və mənə dəyən ziyanın tez bir zamanda aradan qaldırılması ilə bağlı göstəriş verdi ki, tikinti bərpa olunsun”.
Hadisə mətbuatda işıqlandırılandan sonra Prezident Administrasiyasından da dərhal reaksiya verilib və şəxsən jurnalistin özü ilə əlaqə saxlayıb araşdırma aparacaqlarını qeyd ediblər.
Abşeron rayon icra başçısının bu hadisədən xəbərsiz olduğunu vurğulayan həmkarımız hesab edir ki, burada əsas məsuliyyət sahibi araşdırma aparmadan söküntü işləri həyata keçirən icra nümayəndələridir:
"Düzdür, evimin sökülən hissəsi bərpa olunacaq, ancaq mənim keçirdiyim stress və həyəcan maddiyyatla kompensasiya olunacaq bir şey deyil. Həmin gün ərzində mənim çəkdiyim daxili əziyyətin sözlə belə ifadəsi mümkünsüzdür”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi