13-04-2017 [15:22]
Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.
BQP-dən Mia.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə edilib.
İclas öz işinə bu yaxınlarda vəfat etmiş BQP Ali Nəzarət Qurulunun sədri Fərahət Dəyyanovun xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və ruhuna duanın oxunması ilə başlayıb.
Siyasi Qurulun üzvləri İstanbulda təqdimatı təşkil edilən "İpək Yolu” Strateji Araşdırma Mərkəzi və "İpək Yolu” Jurnalı tərəfindən "İlin Qızıl Adamları” mükafatları çərçivəsində partiya başqanı, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafanı "Türk dünyasına xidmət” mükafatına layiq görülməsi münasibəti ilə təbrik edib, uğurlarının davamlı olmasını arzulayıb.
Iclas Ali Nəzarət Qurulunun növbədənkənar iclası haqqında məlumatı dinləyib. Qeyd edilən iclasda təşkilati məsələyə baxılıb və qurulun üzvü Ramiz İsmayılov BQP Ali Nəzarət Qurulunun sədri seçilib.
Siyasi Qurul Partiya Ali Məclisinin növbəti iclasının çağırılması haqqında məsələni müzakirə edib. Qərara alınıb ki, BQP Ali Məclisinin növbəti iclası may ayının ikinci ongünlüyündə keçirilsin. Ali Məclisin gündəliyi, qərar və qəbul ediləcək digər sənədlərin layihələrinin hazırlanması İşçi Orqanına həvalə edilib.
Iclasda Rusiya qanunvericiliyində nəzərdə tutulan xəbərdarlıq, cərimə addımları adlanaraq bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsinə kəskin etiraz edib:
"UAK qonşu ölkənin bölgələrində 74 təşkilatının mövcud olduğu çox ciddi və güclü ictimai qurumdur. Rusiya qanunvericiliyinə uyğun fəaliyyət göstərərək yüzlərlə xeyriyyəçilik işlərini həyata keçirib. 16 ildir ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edən təşkilatın birdən-birə qeyri-qanuni elan edilməsində siyasi iradənin rolunun olduğunu düşünməmək mümkün deyil. Sənədlərdə texniki problem olması bəhanəsi ilə istənilən təşkilatın qeydiyyatının ləğvi mümkündür. Amma qəribədir ki, yüzlərlə erməni təşkilatları bu gün Rusiyada sərbəst fəaliyyətlərini davam etdirməkdədir. Bunların arasında məram və məqsədlərini aşan "Bolşaya Armeniya”, "Novo Naxiçevanskie” təşkilatları kimi qonşu ölkələrin ərazilərinə iddialarını dilə gətirməkdən çəkinməyən millətçi qurumlar da var. Bütün bu qanunsuz əməlləri Rusiyanın müvafiq orqanları görməzdən gəlir. Ümidvarıq ki, soydaşlarımızı birləşdirən nüfuzlu təşkilatın, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə Rusiyanın aidiyyatı qurumları daha ciddi yanaşacaq və Rusiya -Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələrin təhrikinə imkan verməyərək Azərbaycanı adekvat addımlar atmağa məcbur buraxmayacaq".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi