13-04-2017 [13:14]
"ABŞ dolları həddən artıq güclənməkdədir və bu proses nəticə etibarilə iqtisadiyyatımıza ciddi zərər verə bilər".
Bunu "Wall Street Journal" nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Federal Ehtiyat Sistemi (FES) tərəfindən uçot dərəcəsinin endirilməsi daha məqbuldur.
"Hesab edirəm ki, dollar həddən artıq güclənməkdədir. Burada mənim günahım da var, çünki insanlar mənə etimad göstərir. Lakin bir şeyi bilməliyik ki, bu proses iqtisadiyyatımıza ciddi zərər verir. Güclü dollarla rəqabət aparmaq çox çətindir. Çünki başqa ölkələr öz valyutalarını devalvasiyaya uğradır", - deyə, o, bildirib.
Maraqlıdır ki, seçkiqabağı kampaniyası zamanı səsləndirdiyi fikirlərin əksinə olaraq D. Tramp bildirib ki, onun rəhbərlik etdiyi administrasiya Çini valyuta manipulyatoru adlandırmayacaq.
"Onlar (Çin - red.) valyuta manipulyatoru deyillər", - deyə prezident qeyd edib.
FES rəhbəri Canet Yellenin fəaliyyətinə toxunan D. Tramp bildirib ki, ona dərin hörmət bəsləyir: "Onun səlahiyyət müddəti 2018-ci ilin əvvəlində başa çatır, lakin bu, onun sonu deyil".
Xatırladaq ki, D. Tramp seçkiqabağı kampaniya çərçivəsində FES rəhbərinin fəaliyyətini ciddi tənqid edirdi. Kampaniya çərçivəsində çıxışlarının birində D. Tramp bildirib ki, məhz C. Yellen bilərəkdən uçot dərəcələrini ən aşağı səviyyədə saxlayır.
Ölkə başçısının açıqlamaları dolları ucuzlaşdırıb, eyni zamanda ABŞ səhmlərinin və dövlət istiqrazlarının gəlirliliyinə mənfi təsir edib. Belə ki, dolların indeksi (dolların altı əsas valyutadan ibarət səbətə nisbətən dinamikası - red.) 0,7% zəifləyərək 100,040 bənd səviyyəsinə enib ki, bu da iki həftəlik minimumdur.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi