12-04-2017 [17:54]
Bu gün Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşüb.
Mia.az-a verilən məlumata görə, BAMF-ın ofisində baş tutan görüşdə tərəflər səfirliklə təşkilat arasında əməkdaşlıq perspektivləri və başqa məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
U. Mirzəyev təşkilatın yaranma tarixi, müxtəlif sahələri əhatə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə səfirə məlumat verib.
O, deyib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır.
BAMF sədri bildirib ki, rəhbərlik etdiyi təşkilat BMT qurumları, Amerika Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
BAMF-ın təşəbbüsü ilə yaradılmış 5 dildə fəaliyyət göstərən "Eurasia Diary" portalı barədə danışan U. Mirzəyev qeyd edib ki, saytda müxtəlif ölkələri təmsil edən ekspertlərin, müəlliflərin məqalələri mütəmadi olaraq dərc edilir.
İki ölkə arasında iqtisadi, siyasi və ticarət əlaqələrinin inkişaf etdiyini söyləyən səfir bildirib ki, Rumıniya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Təşkilatın bu günə kimi həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Dan Yanku qeyd edib ki, Rumuniya səfirliyi BAMF-la yaxından əməkdaşlıq etmək niyyətindədir.
Rumıniyalı diplomat bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün böyük imkanlar var. Rumıniyalı alimlərin, politoloqların məqalələrinin Eurasia Diary portalında yerləşdirilməsi imkanlarını dəyərləndirəcəklərini qeyd edən Dan Yanku bildirib ki, bu gün əlaqələrin daha da gücləndirilməsi üçün media əlverişli resursdur.
Səfir aprelin 1-də Beynəlxalq Muğam Mərkəzində BAMF-ın əsas təşkilatçısı olduğu azərbaycanlı, fransız və yunan sənət adamlarının iştirakı ilə keçirilən konsertin onda dərin təəssürat oyatdığını söyləyib. O, təklif edib ki, həm Bakıda, həm Buxarestdə rumın və azərbaycanlı musiqiçilərin də birgə konserti təşkil edilsin.
Təklifi mübət qarşılayan U. Mirzəyev bildirib ki, BAMF Rumıniya səfirliyi ilə bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığa hazırdır.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi