Bakıda bina uçdu: Ölən və yaralananlar var - Yenilənib

img

12-04-2017 [16:44]


Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzinin binasında baş verən uçqun nəticəsində dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə zamanı binada 6 nəfər olub.

Onlardan 2-nin meyiti çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 1-ə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

**

Yaralılardan ikisinin adı məlum olub. Onlar Orucov Ayaz Bayram oğlu, Mehdiyev Əmir Teymur oğludur. Hər iki şəxs bədənin  aşağı ətraflarının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  

****

Bakı şəhərində bina uçub.

Mia.az xəbər verir ki, bu barədə Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, "Green City” istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA