Nazirlikdən sökülən məscidlə bağlı açıqlama: "Siyahıdan çıxarılıb"

img

12-04-2017 [15:08]


Mədəniyyət və Turizm Nazirliyi "Sovetski” adlanan ərazidəki "Hacı Cavad" məscidinin sökülməsinə münasibət bildirib.

Bu barədə açıqlama verən nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov bildirib ki, "Hacı Cavad” Məscidi tarixi və qorunan abidələr siyahısından çıxarılıb: "Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlərə mütəxəssislər baxış keçirib. Ötən il artıq mütəxəssislərin rəyi nəticəsində hər iki məscidin dayanaqlılığının zəifliyini nəzərə alaraq onlar müvafiq qərar əsasında qorunan abidələr siyahısından çıxarılıb”.

Qeyd edək ki, Bakının "Sovetski” adlanan ərazisindəki "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.
bakıpost



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA