12-04-2017 [12:52]
"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Açıq Hökumət Platformasının birgə keçirdiyi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfransvətəndaş cəmiyyətinin strateji yol xəritələri ilə müəyyənləşən inkişaf hədəflərinə çatlmaqüçün həyata keçirilən tədbirlərdə daha yaxından iştirakıməsələlərinin müzakirəsi baxımdan çox əhəmiyyətli oldu”.
Bu barədə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, Açıq Hökumət Platforması vətəndaş cəmiyyətinin strateji yol xəritələri ilə müəyyənləşən tədbirlərdə daha yaxından iştirakı məsələlərinin müzakirəsi ilə bağlı Azərbaycan RespublikasıPrezidentinin İqtisadi islahatlar üzrə köməkçisi, cənab Natiq Əmirova müraciət edib. Müraciət müsbət cavablandırılıb: "Bu təşəbbüsə görə, cənab Natiq Əmirova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təşəkkür edirəm. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi çox əhatəli hazırlanıb və ən əsası ölkəmizin inkişafı ilə bağlı gerçəkçi baxışı əks etdirir. Şübhəsiz ki, indi əsas məsələ nəzərdə tutulan məqsədlərə çatmaq üçün qarşıda duran vəzifələrin həllidir. Düşünürəm ki, bu hədəflərə nail olmaq bütün cəmiyyətimiz üçün əsas məqsəd olmalıdır. Bu baxımdan bilavasitə vətəndaş cəmiyyətinin iştirakı formaları, rolunun müzakirəsi çox faydalı oldu”.
Ə.Nuriyev qeyd edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal QasımlıMilli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu ilə bağlı fikirlərini açıqlayıb: "Bu bizim üçün çox vacib idi. V.Qasımlı strateji yol xəritələrinin müzakirəsi prosesini xatırladaraq, qeyd etdi ki, tədbirlərin icarsı, monitorinqi məsələlərində də vətəndaş cəmiyyəti ilə yaxından əməkdaşlıq nəzərdə tutulur. Bundan sonra da müzakirələr davam etdiriləcək. Bu görüş yeni əməkdaşlıq modelinin qurulması üçün başlanğıcdır. Çünki bu sənəd çərçivəsində islahat prossesinə dəstək vacibdir və bu dəstək hərtərəfli olmalıdır”.
Platforma koordinatoru əlavə edib ki, milət vəkili, Açıq HökumətTərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycanüzrə Milli koordinatoruVüsal Hüseynov, İqtisad Universiterinin rektoru Ədalət Muradov, AMEA-nın İqtisadiyyat Universitetinin direktoru Nazim İmanov, Dünya Bankının əməkdaşı Səidə Bağırlı da öz fikirlərini qeyd ediblər.
Platforma üzvləri Sabit Bağırov, Rəna Səfərəliyeva, Vüqar Bayramov, Abil Bayramov, İsrail İsgəndərov, Ümud Mirzəyev, Qadir İbarhimli, ekspertlər Osman Gündüz, Elçin Rəşidovun qeyd olunan məsələlərlə bağlı təkliflərini diqqətə çatdırdıqlarını vurğulyan Ə.Nuriyev açıq, faydalı müzakirələr aparıldığını, istər dövlət qurumları, istərsə də Açıq Hökumət Platformasının təmsilçilərinin ortaq baxışının müəyyənləşdiyini deyib: "Ortaq baxışın müəyyənləşməsi, birgə fəaliyyətlərlə bağlı fikir mübadiləsinın aprılması vətəndaş cəmiyyəti üçün çox əhəmiyyətlidir.Platforma olaraq, vətəndaş cəmiyyəti təmsilçiləri kimi strateyi yol xəritələrində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə hər cür dəstək verilməsinə hazırıq. İslahatlar prosesinə dəstək verilməsi, bu məsələlərin müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, şübhəsiz ki, daha çox fayda verəcək. Düşünürəm ki, dövlət qurumları üçün də vətəndaş cəmiyyətinin mövqeyi, təkliflərini öyrənmək əhəmiyyətli oldu. Bu cür müzakirələr səyləri birləşdirməyə və uğurlu praktik nəticələr əldə etməyə zəmin yaradır. Əminəm ki, yaxın gələcəkdə bu cür müsbət nəticələrin şahidi olacağıq”.
Ə.Nuriyev bildirib ki, strateji yol xəritələri ilə bağlı birgə tədbilər davam etdiriləcək:"Bu müzakirələr peşəkar xarakter daşıyacaq və konkret mövzularla həsr olunacaq”.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi