Ali məktəblərə və kolleclərə 85 mindən çox abituriyent ərizə verib

img

12-04-2017 [11:21]


Bu il Azərbaycan ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlayıb.

Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olara bildirilib ki, bu il ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 85497 abituriyent ərizə verib.

69969 abituriyent (63343-ü Azərbaycan, 6626-sı Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 27490 (24981-i Azərbaycan, 2509-u Rus bölməsinin məzunu) I, 19641-i (17426-sı Azərbaycan, 2215-i Rus) II, 17916-sı (16578-i Azərbaycan, 1338-i Rus) III, 4922-si (4358-i Azərbaycan, 564-ü Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.

Bu il ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən 85497nəfərdən 65652 qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.

34153 abituriyent V ixtisas qrupuna, 36076-sı isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA