Nazirlik müraciət etdi, hökumət təhsillə bağlı qərar verdi - Yeni ixtisaslar yaradıldı

img

12-04-2017 [10:16]


Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb.

Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq, "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na dəyişiklik edib.

Dəyişikliyə əsasən "Təhsil ixtisasları qrupu” bölməsi üzrə "Rəqs müəllimliyi”, "İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsi üzrə "Turizmin iqtisadiyyatı”, "Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsi üzrə "Rekreasiya, idman və sağlamlıq turizmi” ixtisasları yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA