"Borussiya" - "Monako" matçını dayandıran 3 bombalı partlayışın detalları - Polisdən ilkin açıqlama

img

11-04-2017 [22:59]


Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının bu gecə baş tutacaq "Borussiya Dortmund" - "Monako" oyununa saatlar qalmış stadionın girişində şiddətli partlayış olub.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə "Borussiya"lı oyunçuların avtobusla meydançaya girişi ərəfəsində yaşanıb:  "Hadisə nəticəsində "Borussiya"nın oyunçusu Mark Bartradır. O, dərhal xəstəxanaya qaldırılıb".

Hadisə ilə bağlı Almaniya polisi açıqlama yayıb. 

Bildirilib ki, hadisə uzaqdan idarə olunan bombanın partladılması nəticəsində baş verib: 

""Borussiyalı" oyunçuları stadiona aparan avtobusun yanında ard-arda 3 partlayış olub. İlkin ehtimala görə, bu əvvəlcədən əraziyə yerləşdirilmiş bombanın partladılması ilə gerçəkləşdirilib".

Xatırladaq ki, partlayış səbəbindən "Borussiya Dortmund" - "Monako" oyunu təxirə salınıb. Oyun Bakı vaxtı ilə sabah 22.45-də oynanılacaq.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA