ilham Əliyev Bolqarıstan prezidentini qəbul edib

img

30-06-2010 [03:42]


Bu gün prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova ilə birgə görüşü olub. Dövlət başçısı və xanımı Bolqarıstan prezidentini və xanımını sarayın həyətində qarşılayıblar. Sonra birgə görüş olub. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli səfərlərin əhəmiyyətinə toxunulub. Bolqarıstan prezidentinin Azərbaycana işgüzar səfərinin əlaqələrimizin genişlənməsi baxımından önəmi qeyd olunub. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA