Bu dövlət qurumlarında yoxlama aparıldı: Materiallar parlamentdə - Siyahı

img

11-04-2017 [15:52]


Azərbaycanın Gənclər və İdman Nazirliyi, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, Azərbaycanın NATO təşkilatında nümayəndəliyi, "Azərsu”, "Azərkosmos” ASC, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarlanıb.

Milli Məclisdən  verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib.

Hesabatda qeyd olunur ki, aparılmış audit nəticəsində Gənclər və İdman Nazirliyində, Azərbaycanın NATO-dakı nümayəndəliyində, Tələbə Qəbulu üzrə Dövlət Komitəsində, "Azərsu”, "Azərkosmos” ASC-də, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində aşkarlanan büdcə pozuntularından 25,5 min manat, 14,6 min avro, 33,1 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 103,9 min manat məbləğində mal-material natura şəklində bərpa edilib, 42,0 min manat məbləğində debitor borcun bağlanılması təmin olunub.

Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA