PA rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə müzakirə aparıb - Görüşün detalları

img

11-04-2017 [14:49]


Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkələr arasında ikitərəfli münasibətləri, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin press-relizində deyilib.

"Nikolay Patruşev və Ramiz Mehdiyev Azərbaycan və Rusiya arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun həmişə etimadlılıq və konstruktivliklə fərqləndiyini qeyd ediblər", - press-relizdə deyilib.

Həmsöhbətlər, həmçinin beynəlxalq və ayrı-ayrı təhlükəsizlik məsələlərini, o cümlədən Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Tərəflər təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Məsləhətləşmələr Rusiya və Azərbaycan Təhlükəsizlik Şurası aparatları arasında mövcud olan Əməkdaşlıq Planı çərçivəsində keçirilib.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA