11-04-2017 [12:47]
Dövlət satınalmalarının keçirilməsi zamanı yol verilən nöqsanlar dövlət büdcəsindən maliyyələşən qurumlarda rast gəlinən xarakterik nöqsanlardandır. 2016-cı ildə Hesablama Palatasının nəzarət tədbirləri malların (işlərin və xidmətlərin) alınmasına yönəldilmiş 1 mlrd. 525 mln. manat vəsaiti əhatə edib. Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.
Həyata keçirilmiş satınalmaların 103,9 mln. manatı satınalma metodları tətbiq edilmədən, 15,1 mln. manatı isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə yerinə yetirilib.
Hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından alınmış kreditlər hesabına həyata keçirilən layihələr üzrə 106,6 mln. manat, 17,8 mln. dollar məbləğində vəsait malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilib, bu vəsaitlərin icrası beynəlxalq təşkilatların müəyyən etdiyi satınalma qaydalarına uyğun həyata keçirilib.
Ötən il auditlə əhatə olunan və satınalma prosedurları tətbiq edilməklə keçirilmiş satınalmalar 1 mlrd. 421 mln. manat olmaqla 3 459 satınalma müqaviləsini əhatə edib. Bu məbləğin 1 mlrd. 93 mln. manatı və ya 76,9%-i bir mənbədən satınalma, 202,1 mln. manatı və ya 14,2%-i tender, 82,1 mln. manatı və ya 5,8%-i təkliflər sorğusu və 43,8 mln. manatı və ya 3,1-i isə kotirovka sorğusu metodları tətbiq edilməklə həyata keçirilmiş satınalma müqavilələrini təşkil edir.
Satınalma metodu tətbiq edilməklə manatla bağlanmış satınalma müqavilələrinin 40,2%-i tikinti, abadlıq və quruculuq işlərinin, 46%-i malların alışının və 13,7%-i isə göstərilən xidmətlərin payına düşür.
Təhlillər göstərir ki, qurumlar tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanlar satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçıdan zəruri sənədlərin alınmaması, bank təminatı alınmadan avansın ödənilməsi, xüsusilə satınalma metodları tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi kimi nöqsanlardır.
Aparılmış təhlillər nəticəsində müəyyən olunub ki, audit olunan qurumlar tərəfindən 149 halda ehtimal olunan qiymət düzgün müəyyən edilməyib, 118 halda tenderdə iştirak haqqı alınmayıb, 86 halda tender komissiyasının fəaliyyəti müəyyən olunmuş qaydalara uyğun olmayıb (məsələn, komissiyanın tərkibi müvafiq qaydada formalaşdırılmayıb, zəruri hesabatlar tərtib edilməyib və s.), 171 halda iddiaçı kimi çıxış edən podratçılardan maliyyə vəziyyəti barədə sənədlər alınmayıb, 107 halda podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməyib, 73 halda tender, təkliflər və kotirovka sorğusu barədə elanlar və nəticələr müəyyən edilmiş qaydada açıqlanmayıb, həmçinin müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində tələb olunan vaxtda və ya heç yerləşdirilməyib, 11 halda tender qalibi ilə müqavilə imzalanmayıb və 121 halda müqavilənin predmet və qiymətinin dəyişdirilməsinə yol verilib.
DÖVLƏT SATINALMALARI KEÇİRİLƏN ZAMAN QURUMLAR TƏRƏFİNDƏN YOL VERİLMİŞ ƏSAS NÖQSANLAR:
Nöqsanlar | Hal | Məbləğ (min AZN) | |
1 | Tender qiymətindən baha satınalma | 27 | 359,8 |
2 | Bank zəmanəti alınmadan avans ödənilməsi | 15 | 9460,2 |
3 | Müqavilənin müvafiq qaydada tərtib edilməməsi | 133 | 31949,6 |
4 | Zərurət olmadan bir mənbədən satınalma metodunun tətbiqi | 5 | 902,1 |
5 | Satınalma prosedurları tam keçirilmədən bağlanmış müqavilələr | 740 | 46744,5 |
6 | İxtisas göstəriciləri uyğun olmayan podratçılarla müqavilələrin bağlanılması | 136 | 25584,0 |
7 | Açıq tender metodu istifadə edilməli olduğu halda digər metodlardan istifadə | 67 | 23619,7 |
8 | Məbləğ məhdudiyyətinin aradan qaldırmaq məqsədilə müvafiq xərc maddəsi üzrə il ərzində nəzərdə tutulmuş vəsaitin ayrı-ayrı müqavilələrə bölünməsi | 391 | 15193,5 |
Cədvəldə əks olunmuş məlumatlara əlavə olaraq qeyd edək ki, "Azəriqaz" İB üzrə xarici valyuta ilə manat ifadəsində 57,2 mln. manat məbləğində satınalma "Dövlət satınalmaları haqqında" qanunda müəyyən edilməyən "seçmə qaydada müsabiqə" metodu tətbiq etməklə həyata keçirilib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi