Sumqayıtda 29 obyektdə ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyət yoxlanılıb

img

30-06-2010 [02:09]


Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən şəhər ərazisində yerləşən bir çox sənaye müəssisələrinin, məişət, kommunal, ticarət, iaşə və qida sənayesi üzrə ötən həftə ərzində ümumilikdə 29 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb, aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib. Obyektlərin müəyyən hissəsində laborator müayinə üsullarından istifadə etməklə yoxlamalar aparılıb. Bu barədə MİA-ya Sumqayıt şəhər İH-nin müşaviri məlumat verib. Eyni zamanda hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qurunt və ya içməli su xətdindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA