Palata bu bankla bağlı qərar verdi - Filial və şöbə açıldı

img

11-04-2017 [12:14]


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 10 aprel 2017-ci il tarixli qərarına əsasən "Günay Bank” ASC-nin "5 saylı” filialının və "5 saylı” şöbəsinin açılması üçün icazə verilib.

Palatadan mia.az-a daxil olan xəbərə görə, Direktorlar Şurasının iclasında sözügedən bankın filial və şöbəsinin açılması ilə əlaqədar daxil olmuş müraciətə baxılaraq müsbət qərar qəbul edilib.

MBNP-nin Direktorlar Şurasının qərarı ilə "Günaybank” ASC-nin Nəsimi rayonu, Şamil Əzizbəyov 185 ünvanında yerləşəcək "5 saylı” filialının və Nəsimi rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 4 ünvanında fəaliyyət göstərəcək "5 saylı” şöbəsinin açılmasına icazə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA