Hərbi Hissədə qətliam; iki əsgəri öldürən, birini yaralayan əsgər intihar edib

img

30-06-2010 [01:21]


İyun ayının 29-u saat 19.30 radələrində Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissələrindən birində ağır hadisə baş verib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, əsgər Məmmədrzayev Cəfər Sərdar oğlu avtomat silahından atəş acaraq iki əsgəri ? Qəhrəmanov İlkin Allahverdi oğlunu və Əliyev Elvin İlkin oğlunu qətlə yetirib. Digər əsgər Musayev Asif İlham oğlu isə yaralanıb. Sonda əsgər Məmmədrzayev Cəfər intihar edib. Müdafiə nazirinin göstərişi ilə bir qrup idarə rəisi hadisəni araşdırmaq ücün dərhal həmin hərbi hissəyə ezam edilib. Respublika Hərbi Prokurorlugu faktla bağlı cinayət işi qaldıılıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA