11-04-2017 [11:48]
"Elektron imza" ilə elektron qaimə əldə etmək sadələşib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.
Bunun üçün vergi ödəyicisi onlayn rejimdə Vergilər Nazirliyinin saytından "Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib "e-Qaimə” altbölməsinə daxil olmalıdır. Daha sonra, zəruri məlumatları daxil edərək onlayn rejimdə elektron qaimə-fakturası tərtib edilib digər tərəfə təqdim edilir.
Eyni zamanda, vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsi ilə oflayn rejimdə də qaimə-fakturası tərtib edərək göndərə bilər:
Bunun üçün "Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramları http://www.e-taxes.gov.az saytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsi ilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını "E-imzalayıcı” və ya "Asan DOC" client proqramı vasitəsi ilə imzalayır. Qeyd edək ki, həmin proqramları http://www.e-imza.az və http://www.asanimza.az saytlarından yükləmək olar.
Sonda gücləndirilmiş elektron imza vasitələrindən birini, "Elektron imza” və ya "Asan İmza” ilə Vergilər Nazirliyinin "Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib "e-Qaimə” altbölməsinə daxil olaraq, imzalanmış "edoc” və ya "adoc” tipli faylı "Paket göndər” düyməsi vasitəsi ilə sistemə yükləmək lazımdır.
Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir.
Eyni zamanda, qarşı tərəf "Elektron imza” və ya "Asan imza” vasitəsi ilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir.
İSTİFADƏÇİ TƏLİMATI – http://www.taxes.gov.az/uploads/2017/EQF/EQF.pdf
LAZIMLI PROQRAMLAR – https://www.e-taxes.gov.az/dispatcher?menu=evhf&submenu=4&nav=evhf
Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi