AMEA Naxçıvan Bölməsinin əməkdaşları görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyində olublar

img

10-04-2017 [19:47]


AMEA Naxçıvan Bölməsinin əməkdaşları görkəmli şair və dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində olublar.

Bu barədə Mia.az-a Bölmədən məlumat verilib.

Bildirilib ki, bölmənin əməkdaşlarına muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavid 1919–cu ilə qədər fasilələrlə bu evdə yaşayıb və ölməz, həmişəyaşar əsərlərindən bir neçəsini burada qələmə alıb. Qeyd olunub ki, bu mədəniyyət müəssisəsində ədibin həyat və yaradıcılığını, o cümlədən faciələrlə dolu ömür yaşayan Cavidlər ailəsinə, Cavid irsinə göstərilən qayğı və diqqəti əks etdirən eskponatlar nümayiş etdirilir.

Muzeydə Cavid tədqiqatçıları tərəfindən yazılan əsərlərdən danışılıb. Vurğulanıb ki, bu əsərlər vastəsilə ədibin irsi daha dərindən öyrənilir və muzeyə gələn ziyarətçilərə hərtərəfli təbliğ olunur.

Hüseyn Cavid ev-muzeyinin ekspozisiyasına baxış keçirən Bölmə əməkdaşları bu mədəniyyət ocağından böyük təəssüratla ayrılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA