Ermənilər atəzkəsi bir neçə istiqamətdə pozub

img

30-06-2010 [01:10]


Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, düşmən qüvvələri iyunun 29-da saat 19.20-dən 19.30-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, iyunun 29-da saat 12.20-dən 12.50-dək, saat 23.05-dən 23.20-dək, iyunun 30-da saat 00.05-dən 00.10-dək, saat 00.35-dən 00.50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyunun 29-da saat 15.00-dan 15.15-dək, saat 15.45-dən 16.30-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.00-dan 11.10-dək, 14.35-dən 14.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 30-da saat 04.50-dən 05.00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA