Abid Şərifov Prezidentin keçirdiyi müşavirədə! - FOTO

img

10-04-2017 [16:32]


Bir neçə gün əvvəl səhhətinin pisləşdiyi haqqında informasiya yayılan Baş nazirin müavini Abid Şərifov üzə çıxıb.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, A. Şərifov bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda iştirak edib.

Qeyd edək ki, ürəyində problem yaranan Şərifovun İsraildə müayinə olunduğu bildirilirdi.  Onun ölkədə olub-olmadığı barədə isə məlumat yox idi.

Fotoda Abid Şərifovu Baş nazir Artur Rasi-zadənin yanında görmək mümkündür. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA