10-04-2017 [13:14]
2016-cı ildə Hesablama Palatası tərəfindən büdcədənkənar dövlət fondlarının vəsaitlərinə nəzarət çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki və Lənkəran şəhəri, Suraxanı və Ağcabədi rayon şöbələrində audit həyata keçirib.
Hesablama Palatasının 2016-cı il üzrə hesabatında bildirilib ki, nəzarət tədbiri keçirilmiş şöbələr tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlaşdırma prosesi əsaslı aparılmayaraq hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər üzrə gəlir potensialı tam nəzərə alınmayıb, məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlar tam icra edilməyib.
Nəzarət tədbirləri nəticəsində müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsinə bir sıra hallarda sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması, bəzi hallarda məhkəmə qətnaməsi ilə təmin edilmiş fiziki şəxslərin işçilərinin əmək haqqı fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının "Sığortaedənin Dövlət Sosial Müdafiə orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı (Forma B1)"na bərpa edilməməsi, hüquqi və fiziki şəxslər üzrə hesabatların vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyasının tətbiq edilməməsi səbəbindən şöbələr üzrə ümumilikdə 340,9 min manat məbləğində məcburi dövlət sosial sığorta haqqı az hesablanıb.
Həmçinin müəyyən edilib ki, bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanılmış 209,2 min manat məbləğində vəsait müvafiq hesablara daxil edilməyib, məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının bağlanılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görülməyib.
Məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən ödəmələrə gəldikdə isə müəyyən olunub ki, pensiya və müavinətlər üzrə müraciətlərin qəbul edilməsi, hesablanması, ödənilməsi və çatdırılması istiqamətində də bir sıra nöqsanlara yol verilib. Belə ki, nəzarət tədbirlərinin əhatə etdiyi dövrdə əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb, bir çox hallarda pensiya işləri üzrə uçot vərəqələrinə ailə başçısını itirmiş ailələrin pensiya almaq hüququ ailə üzvlərinin, əlilliyə görə pensiyaçının himayəsində olan uşaqlarının doğum haqqında şəhadətnamələrinin sürətləri, əmək qabiliyyətsiz ailə üzvünə görə pensiyaçılar haqqında məlumatlarda və pensiya məbləğlərində dəyişikliklər barədə uçot vərəqlərində müvafiq qeydlər aparılmayıb.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi