Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

img

09-04-2017 [22:48]


Bakıda yanğın hadisəsi qeydə alınıb.

Mia.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 64 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m2 və eyvan 2 m2 sahədə yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA