DİN-nin həbsdəki generalı ilə bağlı xəbər yayıldı - Zakir Nəsirov azadlığa çıxıb

img

08-04-2017 [21:13]


Aprelin 6-da Azərbaycan DİN Cinayət axtarışı idarəsinin keçmiş rəisi, general-mayor Zakir Nəsirov azadlığa çıxıb.
 
Mia.az Virtuaalaz.org-a istinadən xəbər verir ki, keçmiş general qapalı Qobustan həbsxanasından həbs meddətinin 2/3 hissəsini çəkdikdən sonra buraxılıb.

Məlumata görə, prezidentin əfv fərmanına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuşdu.
 
General-mayor Zakir Nəsirov "Qara kəmər” əməliyyatının nəticəsində həbs edilmişdi. Həmin əməliyyat çərçivəsində Azərbaycan ərazisində insan oğurluğu və qətllərdə ittiham edilmiş cinayətkar dəstə zərərsizləşdirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA