Ombudsman həbsxanalardakı çatızmazlıqlarla bağlı ədliyyə nazirindən tədbir görməsini istəyib

img

30-06-2010 [11:24]


?İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya?nın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov və qrupun üzvü Adil Hacıyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan qəsəbəsində yerləşən həbsxanasında uzunmüddətli ? iki iş gününü tam əhatə edən başçəkmə həyata keçiriblər. Ombusman Aparatının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, başçəkmənin əsas məqsədi Fakültativ protokolun tələblərinə uyğun olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub. Ombudsmanın nümayəndələri həbsxananın rejim korpuslarının kameralarına, cərimə təcridxanasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, həmçinin digər obyektlərə baş çəkmiş, məhkumlar və onların ailə üzvləri tərəfindən İnsan Hüquqları üzrə Müvəkkilə müraciətləri yerində araşdırıblar. Qeyd edilməlidir ki, bu həbsxanada ömürlük və müddətli həbs cəzası çəkən məhkumlar saxlanılır. MPM qrupunun üzvləri başçəkmə zamanı həbsxana rəisi və əməkdaşları ilə, məhkumlarla görüşüblər. Məhkumlarla təkbətək söhbət aparılmış, onların saxlanma şəraiti öyrənilib. Görüş zamanı bəzi məhkumlar həbsxana əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqlarını söyləmiş, saxlanma şəraitindən və onlara verilən qida məhsullarının keyfiyyətindən şikayət ediblər. Məhkumlar eyni zamanda göstərilən tibb xidmətindən də narazı olduqlarını bildiriblər. E.Süleymanova Ədliyyə Nazirliyinə müraciət edərək, başçəkmə zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə Ombudsmana məlumat verilməsini xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA