08-04-2017 [16:23]
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, şuranın üzvü Gültəkin Hacıbəyli çıxış edib.
Onlar hakimiyyəti tənqid ediblər.
Bu gün Milli Şuranın mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli belə deyib.
Əli Kərimli xatırladıb ki, bloqqer Mehman Hüseynov həbsdədir:
"O, bizə, ləyaqətli insanlara güvənib ədalətsizlikləri çəkib göstərirdi. Siyasətçi İlqar Məmmədov illərdir ki, həbsdədir. Fuad Qəhrəmanlı, Məmməd İbrahim bu mitinqləri təşkil etdiklərinə görə, həbsdədir. Biz onlara necə azadlıq tələb edə bilməzdik?”.
Əli Kərimli deyib ki, hökuməti ifşa edən, onun iç üzünü açan Seymur Həzi həbsdədir:
"Əsgər ölümlərinə yox deyən İlkin Rüstəmzadə, qardaşına görə girov götürülən Murad Adilov, heykələ etiraz şüarı yazan iki gənc həbsdədir. Taleh Bağırov başda olmaqla onlarla ləyaqətli inanclı insanımız şərlənərək həbsə atılıb. Hacı Mövsüm, Hacı Sərdar, Hacı Abgül və onlarla başqa dindar qardaşımız ədalət istədiklərinə görə həbsdədir. Biz ona necə azadlıq tələb edə bilməzdik? ”.
O, əlavə edib ki, kimsə həbsdəki Qarabağ müharibəsi veieranı Asif Yusiflini unutmayıb: "O, Qarabag qazisi Bakıda intihar edərkən buna görə etiraz aksiyası təşkil etmişdi. Biz onu necə darda qoya bilərik? ”.
Əli Kərimlinin deməsinə görə, seçki sistemini, azad medianı məhv ediblər ki, hakimiyyətinə etiraz etməsinlər: "Ancaq biz burdayıq, buna yox deyirik. Bu meydana korrupsiyaya yox demək üçün gəlmişik. Onların mənimsədiyi milyardlar sizindir, bu xalqındır. Neft gəlirlərini talan etdilər, indi də ölkəni borc bataqlığına sürükləyirlər”.
Əli Kərimli deyib ki, ölkəni korrupsiya bataqlığına salanlardan məsuliyyət tələb etməyin vaxtıdır.
"Mübarizənizdən vaz keçməyin. Əzmimizlə mübarizədə qalib gələcəyik. Azərbaycan xalqı diktaturaya layiq deyil. Mən xalqın bunu bacaracağına inanıram. Azərbaycanda hüququn aliliyi hakim olacaq ”, deyə o, çıxışını bitirib.
***
AXCP sədri Əli Kərimli çıxış edərkən "İstefa" şüarları səslənib və bu zaman elektrik enerjisi kəsilib. Amma Əli Kərimli deyib ki, elektrik enerjisini kəsməklə bizi dayandıra bilməyəcəksiz və biz mitinqimizi davam etdirəcəyik. Bir neçə dəqiqə sonra meydana elektrik enerjisinin verilməsi bərpa edilib.

***
Mitinqin aparıcısı AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyndir.
O, açılış zamanı ölkədəki ictimai siyasi duruma toxunub.
"Biz uzun müddətdir "Talana yox”, "Yalana yox” tələbləri ilə etiraz aksiyaları keçiririk. Ancaq problemlərin həlli istiqamətində gərəkli addımlar atılmır. Əvəzində şüarlarımıza "Monarxiyaya yox” şüarı da əlavə olunub”, o deyib.
O, ölkə iqtisadiyyatının tənəzzüldə olduğunu bildirib.
"Ölkəyə böyük neft pulları gəlib. Ancaq inkişaf bizdə yox, Gürcüstanda baş verib. Neft pulları Azərbaycana gəlib, əməkhaqları Ermənistanda artır”.
Azadliq.org


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi