"Biz daha yüksək əməkdaşlığın şahidi olacağıq" - Finlandiya prezidentindən Əliyevə məktub

img

08-04-2017 [15:39]


Finlandiya prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Mia.az həmin məktubu təqdim edir:

"Cənab Prezident.

Finlandiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərimi qəbul edin.

İki onillikdən artıq davam edən ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırmışdır. Əminəm ki, biz gələcəkdə daha yüksək əməkdaşlığın şahidi olacağıq.

Cənab Prezident, ən dərin ehtiramımı, ölkənizə sülh və firavanlıq arzularımı qəbul edin".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA