08-04-2017 [14:58]
"Düşmənlərim elə bilirlər ki, məni həbsdə çox saxlasalar, sınacağam. Sınmağım mümkün deyil. Mənimlə bağlı baş verənlər bir xəyalpərəstin çayın kənarında oturub, o çayın axıb qurtarmasını gözləməsinə bənzəyir. Xəyalpərəstlərə deyin ki, lap 100 il versələr də, mənim səbrim tükənən deyil" – keçmiş səhiyyə naziri Əli İnsanov bu sözləri Qaradağ Rayon Məhkəməsində dilə gətirib.
Aprelin 7-də Əli İnsanovun həbsdən çıxmasına 58 gün qalmış açılan yeni cinayət işi üzrə məhkəmə başlanıb. Bu işə Rəşad Mustafayevin sədrliyi ilə baxılır.
Məhkəməyə media nümayəndələri, Əli İnsanovun qohumları, hətta qardaşları buraxılmayıb. Zala cəmi 6 nəfər daxil olub. Onların sözlərinə görə, məhkəmə zalındakı oturacaqlarda kimliyi bəlli olmayan adamları əsas gətirərək, zalda yer olmadığını bildiriblər.
İş üzrə zərərçəkən qismində tanınan ədliyyə mayoru Anar Məmmədov da məhkəməyə qatılıb. Əli İnsanov məhz onu vurmaqda suçlanır.
"Bu, uğursuz şərləmədir"
Əli İnsanovun vəkili Ağaveyis Şahverdi və Toğrul Babayev cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıblar. Ağaveyis Şahverdi Əli İnsanovun heç bir cinayət törətmədiyini vurğulayıb və deyib ki, müvəkkilinin həbsdən çıxmasına 58 gün qalmış ona böhtan atılıb: "Bu, uğursuz şərləmədir və Əli İnsanovun həbsdən çıxmasının qarşısını almaq məqsədi güdür. Əli İnsanovun cəzaçəkmə müəssisəsində psixotrop maddə və digər qanunsuz əşyalar saxlaması, özündən fiziki baxımdan qat-qat güclü olan ədliyyə işçisinə güc tətbiq etməsi haqda ittihamlar tam yalandır. Bu iş məhkəmə baxışına verilə bilməz".
Əli İnsanov vəsatətə münasibət bildirərkən, ümumiyyətlə, bu məhkəməyə gəlmək istəmədiyini, buraya məcburi gətirildiyini deyib: "Hesab edirəm ki, belə saxta ittihamlarla məhkəməyə gəlməyə ehtiyac yoxdur. Bunların hamısı şər-böhtandır və bütün ittihamları rədd edirəm. Mənimlə düşmənçilik edənləri yaxşı tanıyıram. Qana çox susamısınız. Yetməzmi qanımı içdiyiniz? Dünyanın yolu uzundur".
"Mənə qarşı üç plan olub"
Əli İnsanov bildirib ki, 2005-ci ildə həbsindən bəri ilyarım MTN-in təcridxanasında təkadamlıq kamerada, daha sonra Bayıl həbsxanasının "5 saylı ölüm korpusunda” ağır şəraitdə saxlanılıb: "Kamerada 40 dərəcədə istidə saxlansam da, qayda-qanunu pozmamışam. 13 saylı cəzaçəkmə müəssisəsində istilik sistemi olmayıb, üç dərəcə şaxtada qalmışam, amma müqavimət göstərməmişəm. Necə oldu ki, həbsdən çıxmağıma 58 gün qalmış müqavimət göstərdim?".
Əli İnsanov bu cinayət işini siyasi repressiya saydığını söyləyib. Onun sözlərinə görə, bu, 2005-ci ildəki həbsinin davamıdır:
"Mən indiyədək Azərbaycanda 100-ə yaxın məhkəmənin heç birində qalib gəlməmişəm. Bircə məhkəmədə qalib gəlmişəm – Avropa Məhkəməsində. O məhkəmənin də qərarını icra etməyiblər. Bu cinayət işində heç bir fakt, dəlil-sübut yoxdur. Bunlar mənim yatdığım yerdə yoxlama aparmayıblar, guya başqa bir kamerada yoxlama aparıb, orada döşəyin altından şüşə bankada dərman tapıblar. Penitensiar Xidmətin əməkdaşı dustaqlara verilən multivitaminləri şüşə bankada saxlayırdı. Guya tapılan banka da həmin banka imiş. Siseronu – ən böyük yunan natiqini də gətirsən, Azərbaycan məhkəmələrində xeyri yoxdur".
"Üzümə duranları mükafatlandırıblar"
Əli İnsanovun sözlərinə görə, həbsini uzatmaqdan ötrü hazırlanan planlardan xəbəri olub: "Mənə məlumat vermişdilər ki, həbsimi uzatmaq üçün üç plan olub. Birincisi, yeni işçi gətirib öyrətmişdilər ki, məni təxribata çəksin, mən də ona əl qaldırım. Amma elə oldu ki, o adam xəstələndi, onu müalicə elədim, sağaldı. Sonra nə qədər desələr də, həmin işçi o plana razılaşmadı. İkinci plan müalicə etdiyim dustaqlarla bağlı idi. Guya mən onları səhv müalicə eləyib ziyan vurmuşam. Amma müalicə elədiyim xəstələrin hamısı sağaldı, bu plan da baş tutmadı. Bu isə üçüncü plan idi".
Əli İnsanov məhkəmədən sonra özüylə bağlı daha bir plandan danışıb: "Avropa kralları müqəddəs Yelena adalarının divarlarını görəndə qorxurdular, çünki bilirdilər ki, o divarların arasında Napoleon var. İndi bunlar da Kürdəxanı türməsinin divarlarını görəndə dəli olurlar. Çünki bilirlər ki, orada kimlər yatır. Elə başa düşməyin ki, mən geri çəkilirəm, ad çəkmirəm. Sadəcə, bir plan var. Burada kimlərinsə adını çəksəm, məni buradan sürüyə-sürüyə aparacaqlar. Mən bunu özümə rəva görmürəm. Yəqin, sizlər də rəva görməzsiniz".
Keçmiş nazir çıxışının sonunda bildirib ki, bu cinayət işində onun əleyhinə ifadə verənlər "mükafatlandırılıblar": "Mənim üzümə duram ədliyyə işçisini rəis təyin elədilər. Üzümə duran bir yazıq dustağı isə əfv sərəncamı ilə buraxıblar. Bu Anar Məmmədova da, yəqin, nəsə bir vəzifə verəcəklər".
Əli İnsanovun vəkillərinin vəsatətləri təmin olunmayıb. Məhkəmə baxışı aprelin 12-nə təyin edilib.
Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.
İddiaya görə, keçmiş nazirdən psixotrop tərkibli dərman tapılıb və o, həbsxana əməkdaşını döyüb.
Azadliq.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi