08-04-2017 [13:12]
Aprel ayının 10-dan etibarən 1 ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək Bakı Ticarət Festivalı dövründə alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması 5 kommersiya bankının 15 filial və şöbələri tərəfindən həyata keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, festivalın keçiriləcəyi ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübəsi nəzərə alınaraq müvəkkil bank qismində "Kapital Bank" ASC, "Bank Silkway" ASC, "Azərbaycan Sənaye Bankı" ASC, "YapıKredi Bank Azərbaycan" QSC və "PAŞA Bank" ASC müəyyən edilib.
"Bakı Ticarət Festivalının dövlət əhəmiyyəti və iqtisadi faydası nəzərə alınaraq valyuta mübadiləsi əməliyyatları daxil olmaqla, digər bank xidmətlərinin yüksək keyfiyyət və operativ həyata keçirilməsinə dair banklara bütün lazımi resursların ayrılması və əməkdaşların bu sahədə təlimatlandırılması tapşırılıb", - deyə Palatadan qeyd olunub.
Bakı Ticarət Festivalı zamanı Azərbaycan vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ƏDV-nin qaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:
| № | Adı | Filial və ya şöbə | Ünvan | Yaxın Ticarət Mərkəzi |
| "PAŞA Bank” ASC | Port Baku şöbəsi | Neftçilər prospekti,53 | Port Baku TM daxilində |
| "Kapital Bank” ASC | "Gənclik Mall” filialı | Fətəli Xan Xoyski prospekti | "Gənclik Mall” TM daxilində |
| "28 may filialı” | Azadlıq prospekti, 26 | "28 Mall” TM yaxın | |
| "YapıKredi Bank Azərbaycan” QSC | "Nərimanov Metropark” filialı | Təbriz küçəsi, 106A | "Metropark” TM daxilində |
| Səbail filialı | Nizami küçəsi, 69 | "Nərgiz Mall” TM yaxın | |
| 28 May fililalı | Rəşid Behbudov küçəsi, 8 | "Park Bulvar” TM və "28 Mall” TM yaxın | |
| "Azərbaycan Sənaye Bankı” ASC | Baş ofis | Zərifə Əliyeva küçəsi, 3 | "Nərgiz Mall” TM yaxın |
| "Park Bulvar” filialı | Neftçilər pr-ti, Dənizkənarı Bulvar | "Park Bulvar” TM daxilində | |
| "Bank Silkway” ASC | Baş ofis | Həsən Əliyev küçəsi, 131A | "Gənclik Mall” TM yaxın |
| 1 №-li filial | Nizami küçəsi, 142A | 28 Mall TM yaxın | |
| Hava limanları və dəniz limanının "tax free” bölməsi | ||||
| 1 saylı şöbə | H.Əliyev Beynəlxalq Hava Limanı, Terminal-1 | Gömrük keçid məntəqəsindən sonra | |
| Gəncə filialı | Gəncə Beynəlxalq Hava Limanı | Hava limanında | |
| Lənkəran filialı | Lənkəran Beynəlxalq Hava Limanı | Hava limanında | |
| Mübadilə şöbəsi | Qəbələ Beynəlxalq Hava Limanı | Hava limanında | |
| Şəhər Dəniz limanında "tax free" bölməsi | Bakı dəniz limanı | Gömrük keçid məntəqəsindən sonra | |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi