"Yürüş başa çatanda..." - Elmira Süleymanova səhhəti haqda açıqlama verdi

img

08-04-2017 [10:41]


"Səhhətimdə heç bir problem yox idi. Sadəcə jurnalist həssas olduğundan bir anı tutmuşdu”.

Mia.az xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında ötən gün Horadizdə keçirilən yürüşdə halı pisləşən Ombudsman Elmira Süleymanova deyib. 

O qeyd edib ki, yürüş zamanı özünü yaxşı hiss edib: "Sona qədər də ilk sıralarda olmuşam. Bu bir el bayramı idi. Əgər səhhətimdə hər hansı problem olsaydı, sona kimi necə yürüş edə bilərdim? Yürüş başa çatanda çıxış da etmişəm, televiziyalara müsahibə də vermişəm. Heç bir problem olmayıb”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA