İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Cocuq Mərcanlı və Lələtəpəyə gedib - FOTO

img

07-04-2017 [23:57]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin bir qrup nümayəndəsi bu gün Cocuq Mərcanlı və Lələtəpəyə səfər ediblər.

Komitədən Mia.az-a verilən məlumata görə, səfərə gedənlər sırasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov, Kadrlar Departamentinin rəisi Ənvər Rzayev, Təhlükəsizlik Departamentinin rəisi Oqtay Salamov, Təşkilati İşlər Departamentinin rəisi Rəfael Quliyev, Cənub bölgə rəhbəri Ağakərim Əzimov, qrup rəhbəri İqbal Mirzəyev, qrup bölmə köməkçisi Rəsul Bayramov, baş ekspert Taryel Quliyev, Regional bölmə rəhbəri Vidadi Qurbanov, Sumqayıt bölmə rəhbəri İxtiyar Məmmədov, müşahidəçilər Samir Əzimov və Ramil Hüseynov olublar.

Adıçəkilən komitənin sədri Elşad Həmidov deyib ki, tədbir iştirakçıları Cocuq Mərcanlıda görülən işlərlə yanaşı Lələtəpədə xidmət edən əsgərlərimizə də baş çəkiblər və yüksək döyüş əhval-ruhiyyəsinin şahidi olublar.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA