Beynəlxalq Sülh Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə "Sülh danışıqları" adlı tədbir - FOTOLAR

img

07-04-2017 [23:54]


Bakıda Beynəlxalq Sülh Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə "Sülh danışıqları" (Peace Talks) adlı dəyirmi masa keçirilib. 

Mia.az-a verilən məlumata görə, tədbirdə Almaniyanın Münaqişələrin transformasiyası, Gürcüstanın Zorakılığın Alternativləri (AVP Georgia) Natalia Tsixistavi, Beynəlxalq Sülh Tədqiqatlar İnstitutunun rəhbəri Afaq Əhmədova, Azərbaycan Respublikasının Xarici İşlər Nazırliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyindən (AİDA, Hindistanın Cavaharlal Neru Universitetinin münaqişələr üzrə araşdırmaçısı Hriday Sarma və Daşkənd Dövlət Universitetinin PhD namizəd, mədəniyyətlərarası əlaqələr üzrə mütəxəssis Eldar Asanov, Britaniyanın Azərbaycandakı Səfirliyinin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi, Azərbaycan haqqında kitabın müəllifi Nevil Bolduin, Tbilisi Dövlət Universitetinin Şəhər siyasəti fəndi müəllimi Levan Levan Khutsişvili, Rusiyanın mədəniyyətlərarası psixoloqiya üzrə mütəxəssis Yekaterina Arai, gender məsələləri üzrə ABŞ dövlət təhsil proqramının magistr məzunu Aygün Dadaşova və digər qonaqlar iştirak ediblər.

Spikerlərin məruzələrindən sonra Beynəlxalq Sülh Tətqiqatlar İnstitutunun 2010-cu ildən başlayaraq keçirdiyi illik Sülh konfransının bu il üçün nəzərdə tutulmuş proqramının mövzuları müəyyən olunub.

Həmçinin, Apreli 4-5 Beynəlxalq Sülh Tətqiqatlar İnstitutunun (İPRİ Baku) Gürcüstanın Zorakılığın Alternativləri Layihəsi (AVP Georgia Project) ilə birlikdə Azərbaycanda ilk dəfə təşkil olunan AVPBaku təliminin yekunu vurulmuşdu. 

Təlimin iştirakçılarına verilmiş sertifikatlar həmin dinləyicilərə gələcəkdə Zorakılığa Alternativ layihəsini müstəqil olaraq Azerbaycanın hər hansı regionunda keçirməyə imkan verir. Belə ki, AVPBakı-nın ilk buraxılış məzunları gələcəkdə yeni nəsil sülhquruculuğu, munaqişələrdə mediatorluq üzrə təlimçhilər yetişdirəcəklər.

Treninq oyunlar və psixoloji tapşırıqlardan  ibarətdir. İlk dəfə 1975-ci ildə Nyu Yorkun Qrin Haven dustaqxanasında yaranmış Alternative to Violence Layihəsi hazırda müxtəlif olkələrdə müstəqil olaraq cəmiyyətin müxtəlif aqressiv təbəqələri üçün təşkil olunur.

Apreli 6-da keçirilmiş "Sülh danışıqları” nəticəsində regional sülh elminin inkişafı qovşağı yaradılması təklifi qəbul olundu. Belə ki, iştirakçılar öz ölkələrinə qayıdıb milli qruplarda sülh təhsili və sülhquruculuğu üzrə araşdırmalar nəticəsində strategiya hazirlayıb,  növbəti konfransda region üçün ümumi Sülh xəritəsinin hazırlanması üçün təkliflərini irəli sürsünlər. 

Bununla da növbəti il Bakı şəhərinin regionda sülh elminin inkişafı üçün Sülh qovşağı təyin olması gözlənilir.



 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA