BMT TŞ Suriyaya görə toplandı, ABŞ nümayəndəsi meydan oxudu - Açıqlama

img

07-04-2017 [23:31]


BMT Təhlükəsizlik Şurası ABŞ-ın Suriya rejiminə aid hərbi hava limanını vurması səbəbindən az əvvəl toplanıb.

Mia.az xəbər verir ki, toplantıda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley ölkəsinin Suriyaya endirdiyi raket əməliyyatına haqq qazandırıb.

O, "Dünən gecə çox ölçülü bir addım atdıq. Daha artığını da etməyə hazırıq, ancaq güman edirik, buna gərək qalmaz", – deyə, bildirib. 

Nümayəndə daha sonra deyib kİ, Amerika Birləşmiş Ştatları kimyəvi silahdan istifadə edilməsinə biganə qalmayacaq: "Kimyəvi silahların yayılmasının qarşısını almaq ölkənin milli maraqlarına cavab verir".

Nikki Haley Əsəd rejiminin 6 il ərzində 100 minlərlə insanı öldürdüyünü, milyonlarla insanı yurd-yuvasından didərgin saldığını da sözlərinə əlavə edərək, bildirib ki, Əsəd hökuməti hazırda da beynəlxalq hüququ pozmaqda davam edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA