Qalib QHT-lər üçün məlumatlandırma sessiyası - Şura sualları cavablandırıb

img

07-04-2017 [20:59]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Şuradan Mia.az-a verilən məlumata görə, icraçı direktor Fərasət Qurbanov çıxış edərək Şura ilə QHT-lər arasında müqavilələr imzalamaq üçün tələb olunan sənədlər, müqavilə öhdəlikləri, layihə idarə edilməsinin qayda və istiqamətləri, layihələrin icrası zamanı ortaya çıxan problemlər və onların həlli qaydaları, ötən il layihələrin həyata keçirilməsi zamanı yol verilən nöqsanların təkrarlanmaması üçün atılacaq addımlar haqqında təqdimatla çıxış edib.

Şuranın baş mühasibi Emin Məmmədov çıxışında maliyyə vəsaitinin idarə olunması, hesabatlılıq, nağdsız ödənişlər və digər zəruri məsələlərə toxunub.

Məlumatlandırma sessiyasında QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA