07-04-2017 [19:51]
ABŞ-ın Bəşər Əsəd rejiminin aviabazasına endirdiyi "Tomoqavk” zərbələrinin ardınca Rusiya Suriya sahillərindəki dəniz qruplaşmasını gücləndirir.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov jurnalistlərə bildirib ki, Suriyanın Hava Hücumundan Müdafiə sisteminin gücləndirilməsi üçün "kompleks tədbirlər” görüləcək. Bununla belə Konaşenkov deyib ki, Suriya Rusiya ilə razılaşdırmadan ABŞ-ın zərbələrinə qarşı cavab tədbirləri görməyəcək.
Konaşenkov Suriya səmasının tamamilə Rusiya zenit-raket komplekslərinin (S-300, S-400 "Triumf”, "Tor-1”, "Pantsir” sistemləri) nəzarətində olduğu halda ABŞ raketlərinin niyə vurulmadığını şərh etməyib. Lakin bu məsələ hazırda mətbuatda, ekspert çevrələrində və sosial şəbəkələrdə əsas müzakirə mövzusudur.
Məlumdur ki, Rusiyanın Hmeymin aviabazasında yerləşdirilmiş S-400 zenit-raket kompleksinin radarı "Tomoqavk” zərbələri endirilən əş-Şarayat aviabazasını da əhatə edir. Bundan əlavə Suriya ərazisində S-300 və "Tor-1”, habelə "Pantsir” zenit-raket kompleksləri yerləşdirilib. Onların dəqiq sayını heç kim bilmir. Bununla belə Suriya ərazisində azı 2-3 S-400 yerləşdirildiyi məlumdur, onların hərəsində 4 raket var. Əlbətdə, bu, Əsədin aviabazasına buraxılmış "Tomoqavk”ların hamısını vurmağa kifayət etməzdi.
Rusiyanın hərbi elmlər Akademiyasının müxbir-üzvü Sergey Sudakov "İzvestiya” qəzetinə müsahibəsində deyib ki, Suriyadakı zenit-raket sistemlərinin ABŞ-ın raket zərbələrinə qarşı tətbiq edilməsi nüvə müharibəsinə gətirib çıxara bilərdi. Bu səbəbdən ali baş komandan Putin soyuqqanlılıq nümayiş etdirib.
"Ən başlıca sual bundan ibarətdir ki, nəyə görə Rusiyanın hava hücumundan müdafiə sistemləri həmin raketləri vurmayıb. Sadəlövhlər hesab edirlər ki, bunu etmək vənəticədə raket hücumunu dəf etmək olardı. Lakin böyük hesabla əgər biz onları vurmağa başlasaydıq səhərə sağ çıxmazdıq. Çünki elə həmin gün nüvə münaqişəsi baş verərdi”-Sudakov deyib.
Digər hərbi ekspert Vladislav Şurıqin də hesab edir ki, əgər Rusiya Amerika raketlərini vursaydı iki dövlət arasında müharibə başlayardı. Üstəlik eksertə görə Suriyadakı Rusiya hava hücumundan müdafiə vasitələri ancaq Rusiya hərbi obyektlərini qoruyur, Rusiya komandanlığına tabedir. "Biz onlarla öz aerodromlarımızı və obyektlərimizi qoruyuruq. Hesab edirəm ki, elə buna görə də həmin raketləri vurmamaq barədə siyasi qərar qəbul edilib. Çünki bu, ABŞ-la Rusiya arasında münaqişəyə gətirib çıxara bilərdi. Əgər Rusiya silahlı qüvvələrinin ali baş komandanı soyuqqanlı davranmasaydı "Tomoqavk”ları vurmaq barədə əmr verilərdi. Bu isə müharibənin başlanması olardı”- ekspert deyib.
Şurıqin xatırladıb ki, İsrail və Türkiyə aviasiyası da vaxtaşırı olaraq Suriyadakı hədəfləri vurur, Rusiyanın havadan müdafiə sistemləri onlara müdaxilə etmir.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi