“Bankları bu günə onların rəhbərləri salıb” - Deputatdan ittiham

img

07-04-2017 [17:02]


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Banklar haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə edilir. 

Müzakirələrdə çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycandakı kommersiya banklarının maliyyə vəziyyətinin pisləşməsi iqtisadi böhranla bağlı deyil.

"Bankları bu günə onların rəhbərləri salıb. Rəhbər şəxslər öz mənafeyini güdüb. Bu məsələ sağlamlaşdırılmalıdır. Deyirlər, "körpü-bank”lar yaradılsın. Kim deyə bilər ki, sabah o "körpü-bank” bu banklar kimi işləməyəcək?! Hərəyə 1 milyard pul veriblər, çıxıb gedib. İndi dövlət həmin pulların dalınca düşüb".

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA