07-04-2017 [17:14]
Bu gün Milli Məclisin plenar iclasında İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də "Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
"Banklar haqqında" qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsi bankların ödəmə qabiliyyətinin bərpası, sağlamlaşdırılması, könüllü restrukturizasiyası, bankların rezolyusiyası ilə bağlı yeni alətlərin tətbiqi və ləğvini nəzərdə tutur. Bundan başqa, qanun layihəsində alıcı bankın aldığı aktiv və öhdəliklərlə bağlı vergi və ödənişlərdən azad olunmasını nəzərdə tutulur.
Qeyd edək ki, dəyişikliklər qəbul olunsa, Azərbaycanda bankın öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq. Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək.
Bundan başqa, qanun layihəsində "körpü bank"ların yaradılması da nəzərdə tutulur. Başqa sözlə, layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəlikləri bu "körpü bank"a keçirilir. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır.
Sənəddə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərinin həlli yolları göstərilib. Belə ki, layihədə banka aidiyyatı olan şəxslərin, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərinin icbari qaydada bankın səhmlərinə keçirilməsi, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlərin cəlbi, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həlli nəzərdə tutulur.
Qanuna təklif olunan digər dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar. Başqa sözlə, Azərbaycanda müflis olan bankların səhmdarlarının, inzibatçılarının mülkləri müsadirə edilərək satılacaq.
Millət vəkili Əli Məsimli qeyd edib ki, yeni layihə bank sektorunda problemlərin həlli üçün əlavə alətlərin tətbiqinə imkan verir:
"Üzərində 1 il işlənilən sənədlər mükəmməldir. Amma burada bəzi məqamlara əlavə diqqətin yetirilməsinə ehtiyac var. Bəzi maddələr üzrə əlavə şərhə də ehtiyac yaranır. Qanunvericilik sənədlərində konkret günlər göstərilir. Burada əlavə problemlərin yaranmaması üçün bu gün sözünün iş günü sözü ilə əvəzlənməsinə ehtiyac var. Çünki, bayram günləri olduğu təqdirdə müəyyən olunan gün problem yarada bilər. Qanun layihəsində sistem əhəmiyyətli bankı müəyyən edən amillər aydın göstərilməlidir. Azərbaycan bankları o qədər çöküb ki, "hazırda sistem əhəmiyyətli bank varmı?" sualına cavab vermək lazımdır. Maliyyə bazarlarına nəzarət orqanına yeni səlahiyyətlər verilir. Mən indiki məqamda bunun tərəfdarıyam. Amma gələcəkdə maliyyə bazarlarına nəzarət orqanı bu səlahiyyətlərdən sui-istifadə edəcəkmi? Biz hüquqi dövlət qurduğumuzdan bu məsələyə də diqqət yetirilməlidir. İki ciddi problem var. Bunlardan biri faiz dərəcələrinin həddən artıq şişirdilməsi, ikincisi isə dollarla olan kreditlərlə bağlı məsələdir. Bu dəyişikliklər bu iki problemin həllini nəzərdə tutmur".
Millət vəkili Qüdrət Həsənquliyev bank sirri ilə bağlı dəyişikliklərə münasibət bildirib. O, bank sirri ilə bağlı məlumatların kənar auditorlar və maliyyə bazarlarına nəzarət orqanına verilməsinin əleyhinə olduğunu vurğulayıb:
"Niyə vətəndaşların banklardakı vəsaitlə bağlı məlumatlar maliyyə bazarlarına nəzarət orqanına verilməlidir? Biz bu məlumatları əldə edə biləcək təşkilatların siyahısını genişləndirməklə əhalinin banklara vəsait yatırmasının qarşısını ala bilərik. Biz deyirik ki, xaricdən də vəsaitlər banklarımıza yerləşdirilsin. Bu halda kim vəsaitini banka qoyacaq. Bundan başqa, məhkəmənin bankların lisenziyasının ləğv olunması ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qərarını ləğv edə bilməməsi ilə bağlı səlahiyyətlər veririk. Bu nə üçün lazımdır?"
Deputat Siyavuş Novruzov isə deyib ki, bankların pis vəziyyətə düşməsi iqtisadi vəziyyətlə bağlı deyil:
"Bu, bank rəhbərlərinin maliyyə oğurluğu ilə bağlıdır. Hərəyə 1 milyard pul verdilər, onlar da bu pulu götürüb, aradan çıxdılar. Problemlərin səbəbini onlardan soruşmaq lazımdır. Vaxtilə nəzarət mexanizmi var idi. Niyə indi biz "körpü bank" yaradırıq? Kim zəmanət verir ki, aktivlərin köçürülməsindən sonra bu hallar təkrarlanmayacaq. Banklar kökündən sağlamlaşdırılmalıdır. Səbəb və nəticəni qarışdırmayın. Azərbaycanda vətəndaşa verilən istehlak krediti niyə yüksək faizlə verilir? Bunun izahı verilməlidir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Amma bank rəhbərləri öz maraq və mənafelərini güdürlər. Bankı sağlamlaşdıranda kökündən sağlamlaşdırmaq lazımdır".
Milli Məclisin sədri Oqtay Əsədov buna cavab olaraq bildirib ki, görülən tədbirlərdə əsas məqsəd bankların sağlamlaşdırılması ilə bağlıdır:
"Əsas olan odur ki, banklar sağlamlaşdırılacaq".
Millət vəkili Vahid Əhmədov isə vurğulayıb ki, ölkə iqtisadiyyatına ən ağır zərbəni banklar vurub: "Bu dəyişikliklərdə əsas məqsəd bankların sağlamlaşdırılmasından ibarətdir".
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi