Müsavat Gənclər Təzkilatı gənclərə qarzı repressiyaları qətiyyətlə pisləyir

img

29-06-2010 [03:44]


Müsavat Partiyası Cənclər Təşkilatı son günlər hüquq-mühafizə orqanlarının gənclərə qarşı repressiv addımlar atması ilə bağlı bəyanat verib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, son günlər Müsavat Partiyası Gənclər Təşkilatına qarşı hakimiyyətin repressiya maşını işə düşüb. Belə ki, Müsavat GT-nin fəalllarının yaşadığı ünvanlara qanunsuz polis müdaxiləsi halları müşayiət olunur. Əsasən Müsavat Partiyasının keçirdiyi 12 iyun mitinqindən sonra müsavatçı gənclər və onların ailələri tez-tez polis tərəfindən narahat edilir. Polis məmurları müsavatçı gənclərin evlərinə qanunsuz daxil olur, onları və valideynlərini təhdid edir, hədə-qorxu gəlir. Müsavatçı gənclər zorla polis bölmələri və idarələrinə aparılır, orada onlardan tələb edilir ki, Müsavat Partitasının iyulun 3-də keçirəcəyi mitinqdə iştirak etməyəcəkləri barədə qeyri-rəsmi öhdəlik götürsünlər. Əks təqdirdə onlara qarşı müxtəlif cəza tədbirləri görəcəkləri ilə təhdid edirlər. Müsavat Gənclər Təşkilatının mətbuat məsələləri üzrə sədr müavini Rüfət Hacıbəyliyə qeydiyyatda olduğu Ağcabədi rayonundakı, Müsavat GT-nin üzvü Ramil Baxışa Qəbələ rayonu, Vəndam kəndindəki, Müsavat GT-nin üzvü Mürşüd Şahvələdovun Quba şəhərindəki, Müsavat GT-nin üzvü Zaur Şirinlinin Binəqədi rayonundakı yaşadığı ünvanlarına polis müdaxilələri çoxalıb, onlara qarşı axtarış elan edilib. Müsavat GT-nin Sumqayıt şəhərində yaşayan üzvləri Elçin Səlimov və Tural Sultanı Sumqayıt Şəhər Polis İdarəsinə çağırmaqla, onlara qarşı da analoji tələblər irəli sürülüb. Hətta Müsavat GT-nin əksər üzvlərinə partiyanın keçirəcəyi tədbirlər barədə əvvəlcədən gizli şəkildə məlumat vermələri də tələb olunur. Təbii ki, polisin bütün bu əməlləri siyasətə birbaşa kobud müdaxilədir və dünya birliyi tərəfindən qəbul edilmiş bütün hüquqi normalara ziddir. Müsavat Gənclər Təşkilatı olaraq İlham Əliyevə, Ramil Usubova xatırlatmaq istəyirik ki, Müsavat Gənclər Təşkilatı qeydiyyatdan keçmiş müxalifət partiyasının rəsmi bir qoludur və onun üzvlərinə qarşı polisin özbaşınalığı yolverilməzdir. Biz, ölkəmizdəki beynəlxalq qurumlara və Azərbaycanın qarşısında öhdəlik götürdüyü beynəlxalq təşkilatlara müraciət edərək bu özbaşınalıqların qarşısının alınması üçün Azərbaycan hakimiyyəti qarşısında kəskin tələb irəli sürsün.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA