Hökumət qərar verdi, stansiya KTN-nin tabeliyindən alındı

img

07-04-2017 [09:53]


Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan Qax Rayon Damazlıq İpəkçilik Stansiyası Dövlət Toxum Fondunun tabeliyinə verilib.
 
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarında dəyişiklik edib.
 
Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinə Dövlət Toxum Fondunun tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyasının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin "Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2 mart 2015-ci il tarixli sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb.  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA