Dövlət İmtahan Mərkəzindən xəbərdarlıq: "Aprelin 10-dək elektron ərizə təsdiqlənməlidir"

img

06-04-2017 [23:04]


Xəbər verildiyi kimi, ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 10-da başa çatacaq.

Abituriyentlər "Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiqləyirlər.

Mia.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, aprelin 6-na olan məlumata əsasən birinci-beşinci ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 70 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib: "Aprelin 10-dək elektron ərizəsini təsdiqləməyənlər imtahana buraxılmayacaqlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA